Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:22

Bakıda sərnişin avtobusu aşıb, yaralananlar var


Bakıda sərnişin avtobusu qəza törədib.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Balandin küçəsində qeydə alınıb. 113 saylı xətt üzrə hərəkət edən «İSUZU» markalı sərnişin avtobusu aşıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, hadisə yerinə 4 təcili yardım briqadası göndərilib. İlkin məlumata görə, qəza nəticəsində 8 nəfər xəsarət alıb.

Onlardan 6 nəfərinin vəziyyəti orta-ağır, digər 2 nəfərin isə vəziyyəti yüngül qiymətləndirilir.
XS
SM
MD
LG