Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:21

"Daş yuxular" 3 aydır "ən çox satılan kitablar" siyahısından düşmür


"Daş yuxular" ermənicə
"Daş yuxular" ermənicə
-

Azərbaycan yazıçısı Əkrəm Əylislinin qalmaqallı "Daş yuxular" romanı 3 aydır Ermənistanda "ən çox satılan kitablar" siyahısında qalmaqda davam edir.

"Armenpress" xəbər agentliyinin iyulun əvvəlində yaydığı məlumata görə, aprelin 9-da Yerevanda çap edilmiş "Daş yuxular" hazırda siyahıda 5-cidir. (Çap ediləndən dərhal sonra roman bestseller siyahısının ilk pillələrinə qalxmışdı. Romanın "Graber" nəşriyyatında buraxılan tərcüməsi 1-ci, "Edit print" nəşriyyatında buraxılan tərcüməsi isə siyahıda 3-cü idi).

İyulun əvvəlinə olan siyahıda "Daş yuxular"dan əvvəl Paulo Coelhonun "Kimyagər" (1), Gabriel Garcia Marquez-in "Mənim kədərli fahişələrim" (2), Moskvada yaşayan erməni yazıçısı Mark Arenin "Yabanı qızılgüllərin açdığı yerdə" (3) romanları və orta əsr erməni ədəbiyyatının nümunəsi olan "Narek" gəlir.

Ə.Əylislinin romanından sonrakı yerdəsə Ekzüperinin "Balaca şahzadə"si qərarlaşıb.

Ötən ilin sonunda Rusiyanın "Drujba narodov" jurnalının saytında çap edilən "Daş yuxular" Azərbaycanda böyük qalmaqala səbəb olmuşdu. Yazıçı Azərbaycan xalqını aşağılamaqda, erməniləri isə əksinə ucaltmaqda ittiham edilmiş, "xalq yazıçısı" adından məhrum edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG