Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:40

Olimpiya stadionuna görə evləri plana düşənlər narazıdır- [Video]


Böyük Şor qəsəbəsi
Böyük Şor qəsəbəsi
-
Böyük Şor qəsəbəsində bir tərəfdə yeni stadion tikilir, digər tərəfdə yeni çəkiləcək yola görə plana düşən evlərin sakinləri etiraz edir.
Yaşayış sahələrinin 1 kvadrat metri üçün 1020 manat təyin olunub. Böyük Şor qəsəbəsində əksər evlərin sahəsi elə də çox deyil. Sakinlər bildirirlər ki, mülkləri üçün ödənilən məbləğə başqa yerdə ev almaq mümkünsüzdür.
Böyük Şor qəsəbəsində özəlliklə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. 90-cı illərin əvvəllərindən salınan qəsəbənin hazırda azı 1000 sakini var.
Sakinlər evlərinin sahisinin düzgün hesablanmasını, mülklərinə görə bazar qiymətinə uyğun qiymətləndirilməsini istəyirlər.

Məqalə videodan sonra davam edir...



Ərazidə olduğumuz vaxt özünü sakinlərə Nəqliyyat Nazirliyinin əməkdaşı kimi təqdim edib evlərin sahələrini ölçən şəxslə danışmaq cəhdimiz alınmadı.
Bu evlərin yerində yeni yol çəkiləcək deyə, bu işlərlə Nəqliyyat Nazirliyi məşğul olur.
Səsləri dinlənilməyəcəyi halda Heydər Əliyev prospektinəcən yürüş edəcəklərini bildirdikdən çox keçmədi ki, əraziyə evlərin qiymətləndirilməsi ilə məşğul olan şirkətin nümayəndələri gəlib sakinlərin suallarını cavabladılar.
2015-ci ildə Bakıda I Avropa Olimpiya Oyunları keçiriləcək. Bunun üçün Koroğlu metrostansiyasının yaxınlığında 65 minlik Böyük Şor Olimpiya Kompleksi qurulur. Olimpiya oyunlarının təşkilat Komitəsinin sədri Mehriban Əliyevadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG