Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 21:46

Fransada Azərbaycan mədəniyyəti günləri keçirilir


-
İyulun 7-də Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində klassik musiqi gecəsi keçiriləcək.
Məlumatı AzərTac yayıb. Tədbiri Heydər Əliyev Mərkəzi Azərbaycan mədəniyyətini yaşatmaq və dünyada təbliğ etmək layihəsi çərçivəsində təşkil edib. Açılışında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Kann şəhərinin meri Bernar Broşanın çıxış edəcəyi gözlənilir.
Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Soltan Hacıbəyovun "Karvan" simfonik lövhəsi, Üzeyir Hacıbəylinin "Koroğlu" operasından üvertura, xalq və bəstəkar mahnıları səslənəcək.
Daha sonra Azərbaycanın milli mətbəxi təqdim ediləcək.
XS
SM
MD
LG