Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:59

AXCP-çilərə Qəbələdə toplaşmağa imkan vermədilər


Qəbələ
Qəbələ
-
İyulun 6-da Qəbələdə AXCP rayon Təşkilatının müşavirəsi baş tutmayıb.

Toplantıda iştirak etmək üçün Qəbələyə gedən AXCP sədrinin müavini Gözəl Bayramlı AzadlıqRadiosuna deyib ki, buna polis imkan verməyib:

«Biz parka yığışırdıq. 30-a yaxın adam oturub çay içirdik. Digərlərinin də gəlməsini gözləyirdik. Rayon polis idarəsinin əməkdaşları, mülkigeyimlilər tökülüşüb gəldi. Dedilər ki, rayondan çıxmasanız, hamınızı polis idarəsinə aparacağıq. Dedilər, bunlara xidmət göstərməyin, çayı da qarşımızdan götürdülər. Bundan sonra isə mülkigeyimli öyrədilmiş adamlar bizi yumurta atəşinə tutdular».

Gözəl Bayramlının dediyinə görə, polis onları İsmayıllı rayonuna qədər müşayiət ediblər:

«Görünür Qəbələdə polis İlham Əliyevin «polislər cəzalandırılmayacaq» fikrindən ruhlanmışdılar. Biz əslində dinc toplantı keçirəcəkdik».

Qəbələ rayon Polis Şöbəsinin növbətçi hissəsindən isə AzadlıqRadiosuna bildirdilər ki, rayon ərazisində belə bir hadisə baş verməyib.
XS
SM
MD
LG