Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:37

Rusiyanın «boz kardinal»ı Bakıda


Leyla Yunus
Leyla Yunus
-
«İLHAM ƏLİYEV CƏMİYYƏTİ ÖZÜNÜNKÜLƏRƏ VƏ DÜŞMƏNLƏRƏ BÖLDÜ»

«Mehriban Əliyevanın namizədliyi klan savaşının təzahürüdür».

Bunu «Azadlıq» qəzetinə müsahibəsində hüquq-müdafiəçisi Leyla Yunus deyib.

Leyla Yunus İlham Əliyevin son çıxışlarına da toxunub:

«İlham Əliyev YAP-ın qurultayında namizədliyi irəli sürülərkən də, polis əməkdaşları qarşısında çıxışı zamanı da hakimiyyətin əvvəlki siyasətindən imtina etmək niyyətində olmadığını deyib. Bu onu deməyə əsas verir ki, Azərbaycanda azad və ədalətli seçkilər, azad seçki təbliğatı kampaniyası olmayacaq. İlham Əliyev bu bəyanatları ilə cəmiyyəti özününkülərə və düşmənlərə böldü. Demək olar ki, polisə etiraz aksiyalarına çıxan «düşmənlər»ə qarşı qanunsuz addımlar atmaqdan çəkinməmək göstərişi verildi. Hakimiyyətə müxalif olanlar döyülə, söyülə, hətta öldürülə bilər. Bu zaman bunu edən polisə heç bir cəza tətbiq edilməyəcək. Hazırda gedən həbslər də bunu bir daha sübut edir ki, seçki öncəsi repressiyalar, həbslər, hüquq mühafizə orqanlarının adekvat olmayan güc nümayişi sürətlənəcək».

İqor Seçin
İqor Seçin
RUSİYANIN «BOZ KARDİNAL»I BAKIDA

«Bizim Yol» qəzeti yazır ki, iyulun 5-də Rusiyada «boz kardinal», prezident Vladimir Putinin ən yaxın dostu sayılan İqor Seçin Bakıda İlham Əliyevlə görüşüb:

«İlk baxışdan «Rosneft» prezidentinin Azərbaycan prezidenti ilə görüşü kimi görünən bu görüşdə Putin-Əliyev söhbətləri prioritet olub. Söz yox ki, Putinlə Əliyev bir neçə gün bundan əvvəl telefonla da danışıb. Amma görünür ki, «telefon söhbəti deyil» kimi məsələlər də var və bu söhbətlər də məhz Seçin vasitəsilə həyata keçirilib. Hələlik Putinlə Əliyev arasında birbaşa və Seçin vasitəsilə baş tutmuş danışıqların detallarını açıqlamaq çətindir. Üzdə görünən isə odur ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin «Rüstəm İbrahimbəyovu dəstəkləyirsinizmi?» sualına dünən cavabında deyib ki, «Rusiya Azərbaycanın daxili işlərinə qarışmır». Habelə, dünən Moskva regionu hökumətinin İstehlakçılar və Xidmət Bazarı naziri Yekaterina Semyonovaya istinadən məlumat yayıldı ki, Moskva regionunda fəaliyyət göstərən 550 bazardan 10 faizi bağlanacaq.
Səyavuş Novruzov
Səyavuş Novruzov
Bazarların bağlanmasının başlıca səbəbi kimi korrupsiya və vergidən yayınma, antisanitariya kimi şablon məsələlər göstərilsə də, sosial şəbəkələrdə Moskvada əsasən azərbaycanlıların bazarlarının üzərinə hücum çəkildiyi qeyd olunur».

«RÜSTƏM İBRAHİMBƏYOV İMTİNA ELƏDİ-ELƏMƏDİ RUSİYA VƏTƏNDAŞIDIR»

«Yeni Azərbaycan» qəzeti YAP icra katibinin müavini Səyavuş Novruzovun müsahibəsini dərc edib.

«Bu aydın idi ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır. Azərbaycan qanunlarına görə, ikili vətəndaşlıq yolverilməzdir. Konstitusiyada qeyd olunur ki, Azərbaycan ərazisində 10 il daimi yaşayan şəxs namizədliyini irəli sürə bilər. Hamı da şahiddir ki, Rüstəm İbrahimbəyov 2 il Rusiyada yaşayıb, gəlib iki il burda yaşayıb. Daimi 10 il Azərbaycanda yaşamayıb. O, imtina elədi-eləmədi Rusiya vətəndaşıdır. Bu məsələlərə Mərkəzi Seçki Komissiyası baxıb cavab verəcək», - deyə Siyavuş Novruzov bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG