Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 02:42

İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib


-

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də ABŞ Senatoru, Silahlı Qüvvələr üzrə komitənin üzvü Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Az'rTAc-;n xəbərinə görə, görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu.

ABŞ Senatoru, Silahlı Qüvvələr üzrə komitənin üzvü Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurla inkişaf edən əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.
XS
SM
MD
LG