Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:05

PKK atəşkəsi pozdu


-

Kürd yaraqlıları Türkiyənin cənub-şərqində iki jandarmeriya postuna hücum ediblər. Bununla da 3 aydır davam edən atəşkəsi pozublar. Türkiyə hökuməti xəbəri təsdiqləsə də, təhlükəsizlik qüvvələrinin 1 nəfər itki verməsi ilə bağlı yaraqlıların yaydığı məlumatı yalanlayıb.

Hadisə Diyarbəkir vilayətində baş verib.

Kürd Fəhlə Partiyası (PKK) bunun ötən həftə kürd etirazçının öldürülməsinə cavab olduğunu bəyan edib.

Ötən həftə keçirilən aksiyada 18 yaşlı gənc ölmüş, daha 9 etirazçı isə xəsarət almışdı. Aksiya yeni jandarmeriya postunun tikilməsinə qarşı keçirilmişdi.
XS
SM
MD
LG