Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 10:18

Magistraturaya qəbul olanların qeydiyyatı başlayır



İyulun 3-dən 2013/2014-cü tədris ili üzrə Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların qeydiyyatı başlayır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytının məlumatına görə, ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar bu gündən iyulun 12-dək tələb olunan sənədləri təqdim etməklə, qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

2013/2014-cü tədris ili üzrə 5765 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub.
XS
SM
MD
LG