Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:42

Yol polisi sürücülərə xəbərdarlıq edir


Respublika Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycanda müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant Kamran Əliyev Trend-ə bildirib ki, Azərbaycanda hava şəraitinin qeyri-sabit və yağmurlu olması, bəzi yerlərdə yağıntının intensiv olması ilə bağlı sürücülər diqqətli olmalıdırlar.

Əliyevin sözlərinə görə, sürücülər nəzərə almalıdırlar ki, xüsusilə yağış yeni düşən ərazilərdə yol daha sürüşkən olur. Ona görə də sürücülər sürət həddini meteoroloji və yoldakı şəraitə uyğun seçməlidirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, Azərbaycan ərazisində iyulun 3-dən 6-na kimi hava şəraiti qeyri-sabit olacaq, bəzi ərazilərdə intensiv yağışlar yağacaq.
XS
SM
MD
LG