Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:37

Hindistan Snowden-ə “yox” dedi


-

Hindistan amerikalı kəşfiyyatçı Edward Snowden-ə sığınacaq verməkdən imtina edib. İspaniya da eyni qərar verib.

O hazırda Moskva aeroportundadır.

Kəşfiyyatçı Rusiyaya etdiyi müraciəti isə geri götürüb. Bundan əvvəl Rusiya prezidenti Putin Snowden-in Rusiyada sığınacaq alması üçün şərtini açıqlamışdı. O bildirmişdi ki, “Snowden bunun üçün kəşfiyyat məlumatlarını açıqlamağı, bizim müttəfiqimiz Amerikaya ziyan vurmağı dayandırmalıdır”.

Snowden 15 ölkəyə sığınacaq üçün müraciət edib. Onun açıqladığı məlumatlar dünyada şok effekti yaradıb. Həmin məlumatlarda ABŞ-ın dünya boyu insanları İnternet üzərindən total izləmə ilə bağlı planının olduğu deyilir.
XS
SM
MD
LG