Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:50

Misirdə 4 nazir istefa verdi


Misiri bürüyən etiraz aksiyalarına görə 4 nazir istefa verib. Turizm, ekologiya, rabitə və hüquq işləri nazirləri istefa ərizələrini iyulun 1-də Baş nazirə təqdim ediblər.

Bu gün paytaxt Qahirədə etiraz aksiyası keçirən müxalifət fəalları hakimiyyətdə olan Müsəlman Qardaşlığı təşkilatının baş ofisinə hücum ediblər. Onlar binanın pəncərələrini sındırıb, ofisin mebellərini talayıblar.

Dünən ölkə boyu keçirilən aksiyalarda hökumət qüvvələri ilə müxalifət fəalları arasında toqquşmalarda 16 nəfər həlak olub.

Müxalifət president Muhammad Morsini ölkədə islam diktaturası yaratmaqda ittiham edirlər.
XS
SM
MD
LG