İyulun 1-də Şabran rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.
ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin mətbuat xidmətinin məlumatına görə, təmir işləri ilə əlaqədar olaraq iyul 1-də saat 14:00-dək «Taxtalar» Avtomatik Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Şabran rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.