Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 09:00

Türkiyədə polislə etirazçılar arasında toqquşma olub


Etirazçılar aksiya zamanı ölən fəalların fotolarıyla birlikdə
-
Dünən axşam, iyunun 29-da İstanbuldakı Taksim meydanında yenidən etiraz aksiyası keçirilib.

Bu dəfə aksiyaçılar Diyarbakırın Lice yaşayış məntəqəsində 1 nəfərin ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən hadisəyə etiraz ediblər.
Polis bu dəfə su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etməyib. Etirazçıları dağılmağa çağırıb. Onlar dağılmayanda polis 15 etirazçını saxlayıb.
Aksiyada BDP-dən ola millət vəkilləri də iştirak edib.
Paytaxt Ankarada da bir qrup etirazçı Kizilay meydanında yürüş keçirmək istəyib. Polis aksiyanı dağıdıb.
İyunun 28-də Diyarbakırda bir qrup polis postuna hücum etmişdi. Bundan sonra polislə etirazçılar arasında qarşıdurma yaranmışdı. Toqquşmalarda 1 nəfər ölmüşdü, 9 nəfər yaralanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG