Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 01:21

İtaliyanın Baş naziri Bakıya gəlir


Enrico Letta
-
İtaliyanın Baş naziri Enrico Letta Azərbaycana səfər edəcək.

Bu barədə o özü «New Europe» qəzetinə müsahibəsində deyib.

Müsahibəsində Baş nazir qeyd edib ki, səfər zamanı Trans-Adriatik Boru Kəməri (TAP) ilə əlaqədar məsələlər müzakirə olunacaq. O deyib ki, İtaliyanın sənaye siyasəti bu layihə ilə sıx bağlıdır:

«TAP gələcək üçün strateji əhəmiyyət daşıyır. Bu, İtaliya üçün böyük uğurdur. Mən tezliklə Azərbaycan hökumətinə təşəkkürümü bildirmək, eləcə də layihənin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə etmək üçün Bakıya gedəcəyəm. Bu seçim bizim üçün təkcə enerji nöqteyi-nəzərindən əhəmiyyətli deyil, həm də strateji əhəmiyyətə malikdir. Çünki Qafqaz dünyanın dinamik inkişaf edən regionlarından biridir. Yeni iş yerlərinin açılmasına gəldikdə isə TAP layihəyə cəlb olunmuş bütün ölkələrə və şirkətlərə böyük təsir göstərəcəkdir».

İyunun 28-də «Şahdəniz» konsorsiumu Azərbaycan qazının Avropaya nəqli marşrutu kimi Trans-Adriatik qaz kəmərini (TAP) seçib.

Bu kəmər vasitəsilə Azərbaycan qazı Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdırılacaq.
XS
SM
MD
LG