Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 01:03

Obama xəstəxanada Mandela-ya baş çəkməyəcək


-
Cənubi Afrikada səfərdə olan ABŞ prezidenti Barack Obama bu ölkənin sabiq prezidenti Nelson Mandela-nın ailə üzvləri ilə görüşəcək.

Məlumatda Ağ ev rəhbərinin hazırda ağır vəziyyətdə xəstəxanada olan Mandela-ya baş çəkməyəcəyi bildirilir. Qeyd edilir ki, belə bir xahiş sabiq prezidentin ailə üzvlərindən gəlib.

Cənubi Afrika Respublikasının 94 yaşlı sabiq prezidenti Nelson Mandela hazırda xəstəxanadadır. İyunun 28-də həkimlər onun səhhətinin bir az yaxşılaşdığını bildiriblər.

Barack Obama-nın üç Afrika ölkəsinə səfəri davam edir. Cənubi Afrika Respublikasına səfəri zamanı onun Yohannesburq, Keyptaun və Nelson Mandela-nın 27 illik həbs müddətinin 18 ilini keçirdiyi Robbeneylanda da baş çəkəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG