Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:58

Sincanda yeni toqquşmalar var


-

Çinin dövlət mediası Sincan Muxtar vilayətində yeni toqquşmalar olduğunu bildirir. Amma iyunun 28-də Hotan şəhərində baş verən qarşıdurmanın səbəbləri və itkilər haqqında rəsmi xəbərdə bir söz deyilmir.

Bu həftənin əvvəlində əyalətin başqa bir şəhərində polislə yerli sakinlər arasında toqquşmalarda 35 nəfər həlak olmuşdu.

Çinin Orta Asiya, Əfqanıstan, Monqolustan, Pakistan və Rusiya ilə həmsədrhəd olan Sincan əyalətində əhalinin əksəriyyəti müsəlman uyğurlardır. Vilayətin əhalisinin sayı 10 milyon nəfəri keçir.

Uyğurlar milli mədəni hüquqlarının mərkəzi hökumət tərəfindən tapdandığını, bu ərazilərə köçürülən çinlilər vasitəsilə onların assimilyasiya olunması siyasəti həyata keçirildiyini bildirir.

Hökumət isə regionda təşkilatlanmış islam terrorçuları ilə üz-üzə qaldığını iddia edir.
2009-cu ilin iyulunda regionun paytaxtı Urumçidə baş verən qarşıdurmada 200 nəfər həlak olmuşdu.
XS
SM
MD
LG