Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:35

Serbiyanın Avropa Birliyinə üzvlük danışıqları başlayır


-

Serbiyanın Avropa Birliyinə üzvülüyü ilə bağlı danışıqların başlanması formal olaraq təsdiqlənib. İyunun 28-də Brüsseldə Birlik ölkələri liderlərinin sammiti keçirilir. Avropa Şurasının prezidenti sosial şəbəkələrdə yazıb ki, artıq sammitdə Serbiya ilə üzvlük danışıqlarına başlanması təsdiq edilib. Plana görə müzakirələrə bu ilin yanvarından başlayacaq.

Kosovo və Serbiya bu ilin aprelində münasibətlərin normallaşdırılmasına dair razılıq əldə ediblər. Razılaşmaya görə Kosovo öz ərazisində yaşayan 40 000 etnik serbə müxtariyyat verir, amma etnik albanlardan ibarət hökumət ölkənin bütün polis və ədliyyə orqanlarına nəzarət edirlər.

Bundan sonra Avropa Birliyi Serbiyaya bu quruma üzvülük, Kosovoya isə üzvlüyün ilk mərhələsi olan Sabitləşdirmə və Assosiasiya Razılaşması danışıqlarına başlamağa razılaşıb.
XS
SM
MD
LG