Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:38

2013-cü ilin Azadlıq Medalı Hillary Clinton-a verilir


ABŞ-ın nüfuzlu təltiflərindən hesab olunan Azadlıq Medalı bu il keçmiş Dövlət Katibi Hillary Clinton-a verilir. Clinton Medalı sentyabrın 10-da Filadelfiyada Milli Konstitusiya Mərkəzində qəbul edəcək.

Həmin Mərkəz ABŞ-ın keçmiş Birinci Xanımı, senator və keçmiş Dövlət Katibinin dövlət işlərində xidmətlərinə və bütün dünyada qadınlar və qızların hüquqları uğrunda mübarizəsinə görə layiq görüldüyünü bildirir.

Azadlıq Medalı 1988-ci ildə təsis edilib. Milli Kostitusiya Mərkəzi onu ildə bir dəfə azadlıq, demokratiya və bərabərlik idealları uğrunda mübarizlərə verir.

Bundan əvvəl həmin Medala rok ifaçısı və insan haqları fəalı Bono, Cənubi Afrikanın keçmiş prezidenti Nelson Mandela, ABŞ-ın keçmiş prezidenti, xanım Clinton-un əri Bill Clinton layiq görülüb.
XS
SM
MD
LG