Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:41

Akif Muradverdiyevin apellyasiya şikayəti təmin olunmayıb


-
İyunun 27-də Bakı Apellyasiya Məhkəməsində Prezident Administrasiyasının keçmiş işlər müdiri Akif Muradverdiyevin şikayətlərinə baxılıb.

Vəkili Fuad Ağayev AzadlıqRadiosuna bildirib ki, Apellyasiya Məhkəməsi A.Muradverdiyevin həbsi və yaşadığı evdə axtarış aparılması ilə bağlı məhkəmə qərarlarının qanunsuz hesab olunması ilə bağlı şikayətinə baxıb və şikayətlər təmin edilməyib:

«Bugünkü məhkəmə Akif Muradverdiyevin qanunsuz, sifarişlə həbsinə daha bir sübutdur».

Akif Muradverdiyev səhhəti ilə əlaqədar məhkəmədə iştirak etməyib. O, hazırda Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanır.

A.Muradverdiyev iyunun 20-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanıb. Onun Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ölkədən çıxarmaq istədiyi bildirilir.

Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG