Keçid linkləri

2017, 01 May, Bazar ertəsi, Bakı vaxtı 06:35

Uyğur muxtar regionunda iğtişaşda 27 adam öldürülüb


Çinin Sincan Uyğur Muxtar regionunda qiyamda 27 adam ölüb. Çinin rəsmi Sinxua agentliyi bildirir ki, bıçaqla silahlanmış kütlə polis şöbəsinə və tikinti obyektinə hücum edib.

Agentliyin məlumatına görə kütlədə olanlar insanları bıçaqlayırmış və polis atəş açana qədər 17 adam ölüb.

Polisin atəşi ilə isə 10 adam öldürülüb.

Uyğurlar yaşayan bu regiona Çin hakimiyyəti son illər bir neçə milyon çinlini yerləşdirəndən sonra burda etnik münaqişələr səngimir.

Günün bütün mövzuları

XS
SM
MD
LG