Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:20

İraqda törədilən 2 partlayışda azı 8 nümayişçi ölüb


İraqda partlayış
İraqda partlayış
İraqın şimal-şərqindəki Tuz-Khormato şəhərində törədilən 2 partlayışda azı 8 nəfər ölüb, onlarla adam yaralanıb. Keçmiş qubernator müavini Salahaddin və onun 2 oğlu da ölənlər arasındadır.

Polisin məlumatına görə, 2 intiharçı özlərini etiraz aksiyasına çıxan yerli türkəmənlərin arasında partladıb.

Aksiyaçılar ərəb, türkmən və kürdlərin yaşadığı şəhərdə təhlükəsizliyin lazımınca təmin edilməməsinə etiraz edirmişlər.
XS
SM
MD
LG