Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:10

Lavrov Snowdenin Rusiya sərhəddini keçmədiyini deyir


Sergei Lavrov
Sergei Lavrov
Rusiyanın xarici işlər naziri Sergei Lavrov Rusiyanın ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edward qaçmasında əli olmadığını bəyan edib.O Rusiyanın Snowdeninə kömək etməsi ilə bağlı ABŞ-ın ittihamını rədd edib və bunun əsassız olduəunu qeyd edib.Lavrov Snowdenin Rusiya sərhəddini keçmədiyini bildirib

Vaşinqton hesab edir ki, bazar günü Honkonqdan Rusiyaya uçan Snowden hələ də Moskvadadır.

Onun bazar ertəsi Moskvadan Kubaya uçacağı gözlənilsə də hələlik bu baş verməyib.
ABŞ onun verilməsini təkid edir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Snowden bu yaxınlarda ABŞ-da gizli telefon və internet müşahidə proqramı olması barədə məlumat yayıb.Ona qarşı 3 ittiham irəli sürülüb ki, onların hər birinə görə, maksimum 10 il iş gəsilə bilər.

ABŞ prezidenti Barack Obama və xüsusi xidmət idarəsi məxfi müşahidə proqramını dəstəkləyib və bildiriblər ki, bu terror hücumların qarşısının alınmasında qanuni və dəyərli vasitədir.
XS
SM
MD
LG