Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:48

Bir neçə rayona yeni prokuror təyin edilib


Azərbaycanda prokurorluq orqanlarında kadr dəyişiklikləri edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Maarif Hüseynov, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Qoşqar Əhmədov, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Ceyhun Almasov tutduqları vəzifədən azad edilərək müvafiq olaraq Cəbrayıl, Qubadlı və Laçın rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Baş prokurorun digər əmrləri ilə Hərbi prokurorun böyük köməkçisi Fuad Məmmədov tutduğu vəzifədən azad edilərək Tərtər hərbi prokuroru, Tərtər hərbi prokuroru Mehdi Hüseynzadə isə Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi vəzifələrinə təyin edilib.
XS
SM
MD
LG