Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:36

«Rüstəm İbrahimbəyovun ABŞ-dan sonra ortaya çıxması istisna deyil»


Mətbuat icmalı
Mətbuat icmalı
-

MİLLİ ŞURA ÜZVLƏRİ KONQRESDƏ GÖRÜŞLƏR KEÇİRƏCƏK

«Yeni Müsavat» yazır ki, «Milli Şuranın nümayəndə heyəti ABŞ Konqresində görüşlər keçirəcək». Qəzetə görə, «Milli Şuranın sədri Rüstəm İbrahimbəyov bir həftə öncə ABŞ-da səfərdə olub və mühüm görüşlər keçirib. Geniş tərkibli nümayəndə heyətinin Amerikaya tanışlıq səfəri məsələsinin Rüstəm İbrahimbəyovun orada keçirdiyi görüşlərdən sonra ortaya çıxması istisna deyil».

AKİF MURADVERDİYEV KİMƏ GÖRƏ HƏBS EDİLİB?

«Bizim yol» prezident administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyevin sabiq səhiyyə naziri Əli İnsanov və Rəsul Quliyevlə bağlılığına görə həbs olunduğunu ehtimal edir.

«Akif Muradverdiyevin vəkili Fuad Ağayev Əli İnsanovun Milli Şura ilə bağlı son bəyanatından sonra Akif Muradverdiyevin həbsini təsadüf saymır.

«VAHİD NAMİZƏD MİLLİ ŞURANIN AXIRINA ÇIXACAQ»

«Azərbaycan» qəzeti yazır ki, «vahid namizəd» oyunu «Milli Şura»nın axırına çıxacaq».

Qəzetə görə, «müxalifətin bir çox nümayəndəsinin həmin qurumda təmsil olunmaqdan imtina etməsi, təsis konfransında «vahid namizəd», «avrointeqrasiya və digər məsələlərə münasibət «Milli Şura»da ciddi fikir ayrılığının, etimadsızlığın, inamsızlığın, qarşıdurmanın olduğunu açıq göstərdi. Beləliklə, demək olar ki, «Milli Şura» da dağıdıcı müxalifətin növbəti dəfə iflası, fiaskosudur».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG