Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 04:14

Təhlükəsizlik kəməri bağlamayan kəndirbaz Böyük Kanyonu keçib


ABŞ kəndirbazı Nik Wallenda Arizonada Böyük Kanyonda 450 metr dərinliyi olan uçurumun üzərindən çəkilmiş və 5 sm eni olan polad məftilin üstü ilə 400 metrdən çox gedərək uçurumu keçə bilib.

Bu vaxt Wallenda özünü təhlükəsizlik kəməri ilə bağlamayıb.

34 yaşlı Wallenda məşhur “Uçan Wallendalar” sirk ailəsindən 7-ci nəsildə kəndirbazdır. Onun ulu babası Karl Wallenda 73 yaşı olanda Puerto Rikoda təhlükəsizlik kəməri bağlamadan tamaşa göstərərkən yıxılıb-ölmüşdü.
XS
SM
MD
LG