Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 09:32

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən sərxoş şəxs xilas edilib


Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyin rəsmi saytında verilən məlumata görə, şəxs sərxoş olub və dənizdə çimərkən boğulurmuş.

Hadisə iyunun 23-də Bakının Xəzər rayonunda «Sahil-1» suları ərazisində baş verib.

Həmin gün Qazax rayonu, Kəmərli kəndində su anbarında 1 nəfər çimərkən batıb.

Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri 1997-ci il təvəllüdlü Dilman Kazımbəylinin meyitini batdığı yerdən 8 metr aralıda tapıblar.
XS
SM
MD
LG