Keçid linkləri

Təcili xəbərlər
2021, 17 İyun, Cümə axşamı, Bakı vaxtı 21:28

SOCAR Yunanıstan bazarına girir


-
Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın təbii qaz nəqli sisteminin operatoru DESFA şirkətinin səhmlərinin böyük hissəsini satın alır.

Bu barədə Dövlət Neft Şirkətinin saytında məlumat verilib.

Məlumatda qeyd edilir ki, adıçəkilən şirkətinin səhmlərinin 66%-nin satın alınması barədə Yunanıstanın Əmlakın İdarə Edilməsi Fondu ilə prinsipial razılıq əldə olunub. Hazırda sazişin son texniki məsələləri müzakirə olunur.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib ki, Xəzər hövzəsində təbii qaz kəmərləri sisteminin istismarı sahəsində böyük təcrübə qazanmış SOCAR Avropa Birliyi ölkələrində bu tipli ilk layihə üzrə Yunanıstanda fəaliyyətə başlamaq əzmindədir.
XS
SM
MD
LG