Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:55

«Kanal-S» televiziyasının əməkdaşı yol qəzasında ölüb


-
Şəkidə fəaliyyət göstərən regional «Kanal-S» televiziyasının əməkdaşı Üzeyir Məmmədov avtomobil qəzasında həlak olub.

Fövqəladə Hallar Nazirliyinin iyunun 22-də yaydığı məlumata görə, hadisə Zaqatala şəhərindən 11 kilometr aralıda, Aşağı Tala kəndində baş verib.

Üzeyir Məmmədovun idarə etdiyi «VAZ» markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb və o, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Üzeyir Məmmədov «Kanal-S»də «Regionun virtuozu» verilişinin aparıcısı idi.

Faktla bağlı Zaqatala polisində cinayət işi açılıb, araşdırma aparılır.
XS
SM
MD
LG