-
«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin sədri, politoloq Ərəstun Oruclu prezidentliyə namizədliyini irəli sürüb.
Ə.Oruclu modern.az-a açıqlamasında bildirib:
«Həqiqətən də «A13 hərəkatı»nın İdarə Heyəti qarşıdan gələn prezident seçkilərilə bağlı qərar qəbul edib. Bu qərarda seçkilərdə iştirak eləmək və mənim namizədliyimin irəli sürülməsi öz əksini tapıb. Qərarı alqışlayıram və göstərdikləri etimada görə silahdaşlarıma təşəkkür edirəm! Mübarizəyə hazıram və onu sonadək aparmaqda israrlıyam! Bu barədə məlumat yayıldıqdan sonra artıq xeyli insan seçkilərdə mənə dəstək olacağını ifadə edib. Onların arasında hər kəs var: taksi sürücüsü də, tələbə də, həkim də, müəllim də, professor da, tanınmış ictimai xadim də, real həyatda heç zaman üz-üzə gəlmədiyim virtual dostlarım da».