Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 11:48

Mübariz Mənsimov Ronaldonu Türkiyəyə aparır


Mubariz Mansimov
"Xəzər Lənkəran"ın fəxri prezidenti və “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov dünyanın ən güclü futbolçularından olan Cristiano Ronaldonu Türkiyəyə aparır.

Bu barədə Türkiyənin "Hürriyet" qəzeti yazır.

Məlumata görə, azərbaycanlı iş adamı ABŞ-in məşhur ləl-cəvahirat markalarından olan “Jacob & Co”nun Bodrumda ilk mağazasını açacaq və açılış mərasiminə Cristiano Ronaldo da qatılacaq.

Mübariz Mənsimov müştərilərinin əsasən Hollivud ulduzları və məşhur futbolçular olduğu bu şirkətin həmçinin İstanbulda ikinci mağazasını açmaq fikrindədir.
XS
SM
MD
LG