Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:42

Fermerlər icra hakimiyyətindən kombayn istəyir


Kombayn
Kombayn
-
İyunun 20-də İmişli rayonunun Mürsəlli kəndinin bir qrup sakini kombayn çatışmazlığı şikayəti ilə icra hakimiyyətinə üz tutub.

Onları icra hakimiyyətində şöbə müdirləri qəbul edib.

Şikayətçilər deyiblər ki, kombaynları olmadığından taxıl zəmilərini biçə bilmirlər.

Qəbula gedənlərin deməsinə görə, icra hakimiyyətindən bildiriblər ki, onlarda kombayn yoxdur. Ancaq «Aqroservis» Açıq Səhmdar Cəmiyyətinin İmişli rayon filialı ilə əlaqə saxlayıb problemin həlli üçün danışıqlar aparacaqlar.

İmişli rayonunda 50 yaşayış məntəqəsinə cəmi 21 kombayn düşür. Onların da bəzisi nasazdır.

Bəhramtəpədə taxıl sahələrdə batır
Gözlə

No media source currently available

0:00 0:05:16 0:00
XS
SM
MD
LG