Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:47

Çexiyada kriminal qrupun rəhbəri olmaqda şübhəli bilinən gürcü həbs edilib


Foto arxiv
Foto arxiv
Çexiyada gürcülərdən ibarət mütəşəkkil cinayətkar qrupun rəhbər üzvü olmaqda şübhəli bilinən 1 nəfər həbs edilib. Çexiya polisi 46 yaşlı bu şəxsin dünən Praqada həbs edildiyini deyir.Amma onun adı açıqlanmır.

Ümumiyyətlə bu həftə Avropada keçirilən reydlər zamanı Gürcüstandan olan “Kutaisi qrupu” nun üzvləri olmaqda şübhəli bilinən 32 adam saxlanıb.

Həbslər keçmiş Sovet respublikalarından olan mütəşəkkil cinayətkarlar və kriminal avtoritetlərə qarşı aparılan əməliyyat çərçivəsində həyata keçirilib.

Onların bir qismi reketlik, qətl və pulyuma əməliyyatında ittiham olunurlar.
XS
SM
MD
LG