Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:31

"Dayanacaqda yanan avtomobillərin hamısı istismara yararsız olub"


Bakıda dayanacaqda baş verən yanğında ziyan dəyən avtomobillərin hamısı istismara yararsız olub. Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov bildirib.

Amma Nuşirəvan Səfərov deyib ki, yanğın cərimə meydançasında baş verməyib:

«Yanğın cərimə dayanacağından kənarda, istismara yararsız avtomobillərin saxlanıldığı ərazidə baş verib. Həmin maşınların saxlanıldığı ərazinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə aidiyyəti yoxdur, yanan maşınların heç biri də saz vəziyyətdə olmayıb. Həmin maşınlar 20 ilə yaxındır ordadır və istismara yararlı deyil. Mühafizə olunan dayanacaqdakı avtomobillərə isə ziyan dəyməyib».

N. Səfərov hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş vermə səbəblərinin araşdırıldığını qeyd edib.

İyunun 19-da Nizami rayonunda yerləşən cərimə meydançasında yanğın baş verib. Güclü külək cərimə meydançası ərazisindən keçən yüksək gərginlikli elektrik xəttini qırıb. Elektrik xətti meydançada olan avtomobillərin üzərinə düşüb, nəticədə yanğın başlayıb. Yanğın nəticəsində 1000 kvadratmetr ərazidə quru ot, 40-a yaxın avtomobil yanıb. Yanğının söndürülməsi üçün əraziyə 10-a yaxın yanğınsöndürən maşın cəlb edilib. Yanğın söndürülüb.
XS
SM
MD
LG