Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:29

8 faiz Azərbaycanı Rusiyanın 5 ən yaxın dostundan biri sayır


Vladimir Putin və İlham Əliyev
Vladimir Putin və İlham Əliyev
-
Rusiyaya 5 ən yaxın dost dövlət hansıdır? – Bu suala cavabda Rusiyada rəyi soruşulanların 8 faizi Azərbaycanın da adını çəkib.

Levada Mərkəzi bu sorğunu 2005-ci ildən keçirir. Bu illər ərzində sorğularda Azərbaycanı dost sayanlar 5-10 faiz arası olub.

2005-ci ildə Rusiyada cəmi 5 faiz demişdi ki, Azərbaycan Rusiyaya 5 ən yaxın dost ölkədən biridir. 2009-cu ildə isə belə düşünənlər 10 faiz olub.

Rusiyanın 45 regionunda keçirilmiş indiki sorğuda Azərbaycan Rusiyaya dost ölkələr sırasında 9-cu yerdədir.

Maraqlıdır ki, Almaniyanı Rusiyaya dost hesab edənlər 14 faizdir. 12 faiz isə Ermənistanı Rusiyaya 5 ən yaxın dostdan biri hesab edir.

DÜŞMƏNLƏR SİYAHISI

Azərbaycan Rusiyaya düşmən gözü ilə baxan ölkələr sırasında da var.

Azərbaycan 3 ölkədən biridir ki, sorğuda həm Rusiyanın dostları, həm də düşmənləri siyahısına düşüb.

Rusiyaya ən düşmən münasibət bəsləyən 5 ölkə hansıdır? – sualına cavabda 3 faiz Azərbaycanın adını çəkib.

Hər iki siyahıya düşən digər 2 ölkə Çin və Ukraynadır. Çini 20 faiz dost, 5 faiz düşmən sayır. Ukraynanı dost sayanlar 16 faiz, düşmən bilənlər 11 faizdir.

Rusiyaya ən düşmən ölkələr sırasında birinci yerə ABŞ-ı qoyublar- 38 faiz. 2-ci yerdə Gürcüstandır. 33 faiz rusiyalı Gürcüstanı Rusiyaya düşmən sayır. Sonrakı yerlərdə Baltik 3-lüyü gəlir- Latviya, Litva, Estoniya.

ABŞ-A, AVROPAYA MÜNASİBƏT

Bəs siz ABŞ-a necə münasibət bəsləyirsiniz? - sualına cavabda 5 faiz deyib ki, “çox yaxşı”, 46 faiz - “yaxşı”.
5 faiz ABŞ-a “çox pis” baxır, 33 faiz isə “pis”.

Avropa Birliyinə münasibət ABŞ-a münasibətdən yaxşıdır- 6 faiz AB-yə “çox yaxşı” baxır, 55 faiz faiz - “yaxşı”.

Rusiya Qərblə münasibətləıri möhkəmləndirməlidir yoxsa məsafə saxlamalıdır?- Sualına cavabda 71 faiz əməkdaşlığa tərəfdar olub, 16 faiz - uzaq durmağa.

MÜSƏLMAN DÜNYASINA MÜNASİBƏT PİSLƏŞİR

Və nəhayət, müsəlman dünyasına münasibətdə, 30 faiz deyib ki, Rusiya müsəlman dünyasından məsafə saxlamalıdır. Keçən il bunlar 25 faiz idi.

51 faiz isə əksinə, fikirləşir ki, Rusiya müsəlman dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıq etməlidir.

51 faiz yüksək olsa da, dinamika mənfidir. Keçən il Rusiyanın müsəlman dünyası ilə əməkdaşlığına tərəfdar olanlar 64 faiz idi. 2010-cu ildə isə hətta 67 faizə qalxmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG