Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:11

Şabranda yol qəzasında 9 nəfər xəsarət alıb


İyunun 19-da günorta saatlarında Şabran rayonu ərazisində sərnişin avtobusu qəzaya uğrayıb.

APA-nın məlumatına görə, hadisə Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. «Hyundai» markalı sərnişin avtobusu ilə «Daewoo» markalı yük maşını toqquşub.

Qəza nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG