Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:36

««İlqar Məmmədovun işi» qətnaməsi Avropa Məhkəməsinə təzyiq cəhdidir»


Mətbuat icmalı
Mətbuat icmalı
-

«İNDİKİ SİYASİ XADİMLƏRƏ BAXANDA YENİ LİDER GÖRMÜRƏM»

«Rüstəm İbrahimbəyov namizəd olmaq istəməyəcək». Tarixçi professor Eldar İsmayılov «Bizim yol»a belə deyib. «Rüstəm İbrahimbəyova çox böyük hörmətim var. O, böyük xadimdir, amma siyasi xadim olduğunu deyə bilmərəm... Rüstəm müəllimin özünün iddiasına gəlincə, o, prezidentliyə namizəd olmağa cəhd göstərməyəcək».

Eldar İsmayılov bunu da deyib ki, kimin hakimiyyətdən getməsi yox, kimin gəlməsi problemdir: «İndiki siyasi xadimlərə baxanda yeni lider görmürəm».

MÜSAVAT İBRAHİMBƏYOVUN «ŞURA»SINI TƏRK EDİR?

«Yeni Azərbaycan» yazır: «Müsavat İbrahimbəyovun «Şura»sını tərk edir. Bu qondarma qurumda baş verənlər onun dağılacağı yönündə proqnozların özünü doğrultduğunu göstərir».

ADP sədri Sərdar Cəlaloğlu qəzetə açıqlamasında deyib:

«Birləşmə vaxtında həyata keçirilməli idi. Gecikdiyin görə, ehtiraslar hələ indi-indi qızışır, kimsə namizədliyini verir, kimsə özünü «yek» sayır... Ümumiyyətlə, Milli Şuranın bu tərkibdə təşkil olunması əvvəlcədən onun dağılacağına dəlalət edirdi».

MƏMURLARIN XARİCDƏ ALDIĞI MÜLKLƏR

Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev «Yeni Müsavat»a bildirib: «Ərəb ölkələrində baş verənlərdən dərhal sonra Azərbaycan məmur-oliqarxlarının əksəri uşaqlarına xarici ölkələrdə vətəndaşlıq, mülklər almağa başlayıblar». Rəsul Quliyev iddia edir ki, məmurların bir hissəsi bu hakimiyyətlə, rejimlə vidalaşıb, qorxusuz yaşamağı arzu edir.

«DEMAQOGİYA MƏŞĞƏLƏSİ...»

«Avropa Parlamentinin «İlqar Məmmədovun işi» adlandırılan qətnaməsi Avropa Məhkəməsinə təzyiq cəhdidir».

Prezident Administrasiyası Hüququ-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov «AzərTAc»a belə söyləyib. Müsahibəni «Azərbaycan» qəzeti dərc edib.

Fuad Ələsgərova görə, Avropa Parlamenti deputatlarının əksəriyyətinin istirahətə getdikləri vaxtda oynanılan bu «demaqogiya məşğələsi» yalnız bu təşkilatın nüfuzuna xələl gətirə bilər:

«Bu, Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlığın möhkəmləndirilməsinə əsla xidmət etməyən bir sənəddir».

TƏQAÜDÇÜLƏR ÜÇÜN ƏN YAXŞI ÖLKƏ...AZƏRBAYCAN?

«Exo» yazır: «2030-cu ildən sonra Azərbaycan təqaüdçülər üçün ən yaxşı yaşayacağı ölkələrdən biri olacaq». Ekspert Vüqar Bayramov qəzetə deyib ki, Azərbaycan MDB ölkələri arasında təqaüd artımına görə üçüncü yerdədir: «Hərçənd Qərb ölkələri ilə müqayisədə bu çox aşağı göstəricidir... Ancaq Azərbaycan iqtisadiyyatının inkişafını, təqaüdlərin vaxtaşırı artmasını nəzərə alanda 2030-cu ildən sonra Azərbaycan təqaüdçülərin yaşam səviyyəsinə görə dünya liderlərindən birinə çevrilə bilər».

ERDOGANLA SULTAN FATİHİ BİRLƏŞDİRƏN İSTANBUL

«Zerkalo» Türkiyədə baş verənləri təhlil edir: «Erdogan İstanbulu fəth etməyə cəhd edir. O demək olar Sultan Fatih kimi bu şəhəri yeni imperiyanın paytaxtı edib».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG