-
ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransanın prezidentləri böyük 8-lər ölkələrinin sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birgə bəyanatla çıxış ediblər.
RİA Novostinin məlumata görə, Barack Obama, Vladimir Putin və Francois Hollande münaqişə tərəflərinin problemin həllinə nail ola bilməməsindən dərin təəssüf bildiriblər.
Onlar münaqişənin sülh yolu ilə həllində çərçivə razılaşmasının gecikdirilməsinin qəbuledilməz olduğunu bildiriblər.
Liderlər tərəfləri Helsinki prinsipləri, güc tətbiq etməmək və güclə hədələməmək, ölkələrin ərazi bütövlüyü, bərabərlik və millətlərin öz müqəddəratını təyinetmə hüququna sadiq qalmağa çağırıblar.