Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 07:01

Misir Suriya ilə diplomatik əlaqələrini kəsdi


Misir prezidenti Mohammed Morsi
-


Misir Suriya hökuməti ilə bütün diplomatik əlaqələrini kəsib. Bunu Misirin ölkə başçısı Mohammed Morsi bəyan edib. Ötən gün Qahirədə çıxışı zamanı o, dünya liderlərini Suriya müxalifətinə dəstək məqsədilə Suriya ərazisini qeyri-uçuş zonası elan etməyə çağırıb.

Morsi həmçinin bildirib ki, Misir Dəməşqdəki səfirini geri çağırır və Misirin Qahirədəki səfirliyini bağlayır.

Morsi Suriya rejimi tərəfdə döyüşən Livanın «Hizbullah» radikal şiə qruplaşmasını da bu ölkəni tərk etməyə çağırıb.

Misir prezidentinin bu bəyanatından 2 gün əvvəl ABŞ hökuməti Suriya üsyançılarını silahla təchiz etməyə hazır olduğunu açıqlayıb. ABŞ rəsmi Dəməşqin üsyançılara qarşı kimyəvi silahdan istifadə etdiyinə dair dəlillərinin olduğunu bildirib.

Bu arada bazar ertəsi ABŞ və Rusiya prezidentlərinin Böyük 8-liyin sammiti çərçivəsində Suriya məsələsini müzakirə edəcəyi gözlənilir.

Şərhlər (4)

Bu forum dayandırılıb
XS
SM
MD
LG