Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:01

AXCP üzvlərini Qazaxda saxlayıblar


Asəf Quliyev
-
İyunun 15-də AXCP sədrinin müavini Asəf Quliyev və partiyanın Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı Qazax rayonunda saxlanılıb.

Bu barədə AzadlıqRadiosuna Asəf Quliyev məlumat verib.

Onun dediyinə görə, onlar Qazax rayonunda cəbhəçilərlə görüşmək, Ağstafada müşavirə keçirmək istəyirmişlər:

«Biz Qazax rayonuna çatdıq, geniş bir tədbir keçirmək niyyətimiz yox idi. Bir neçə cəbhəçi ilə görüşdük, ümumi yerli təşkilatın vəziyyəti ilə maraqlandıq. Daha sonra 4 polis maşını gəldi, onlardan mülkigeyimli şəxslər düşdü. Dedilər biz Qarabağ müharibəsi veteranlarıyıq, istəmirik siz bura gələsiniz. Ordan bizi gətirdilər Ağstafaya. Ağstafada da iki polis maşını gəldi. Onlar da mülki formada idilər. Özlərini təqdim etmədilər. Bizim sənədlərimizi aldılar. İndi Şəmkirdən çıxmışıq, Gəncə istiqamətinə aparırlar. Biz onlardan dəfələrlə xahiş etdik ki, buraxın özümüz gedək, razı olmadılar. Bu müddət ərzində hər hansı kobudluq və ya təzyiqlə üzləşmədik. İndi maşındayıq, ola bilsin, bizi Bakıya qaytarırlar».

Çoxsaylı müraciətlərimizə baxmayaraq, cəbhəçiləri saxlayan polislər AzadlıqRadiosuna məlumat verməkdən imtina ediblər.

Qazax və Ağstafa rayon polis şöbələrindən isə bu barədə məlumatsız olduqlarını bildiriblər.
XS
SM
MD
LG