Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:44

Hava şarları vasitəsilə internetə qoşulmaq mümkün olacaq


Foto arxiv
Foto arxiv
GoogleX şirkəti bu gün Yeni Zalandiyada yeni layihənin ilk sınağını keçirib.Bu şirkət Google şirkətinin məxfi şöbəsidir.

Kraystçerç şəhərində havaya heliumla doldurulmuş 30 hava şarı buraxılıb. 20 kilometrlik məsafədə hərəkət edəcək şarlarda yerdəki stansiyalarla əlaqəsi olan ötürücülər olacaq. Onlarla sakini təcrübə zamanı bu antenalar vasitəsi ilə internetə qoşulub.

Layihə müəllifləri hesab edir ki, hava şarları vasitəsi ilə dünyanın müxtəlif yerlərində internetə çıxışı olmayan 4 milyarda yaxın adam internetə qoşula biləcək. Həmçinin təbii fəlakətlər və xilasetmə əməliyyatları zamanı adi əlaqə kəsiləndə yeni komunikasiya sistemindən istifadə etmək mümkün olacaq.

Şarlar yer kürəsi ətrafında hava axını əsasında hərəkət edəcək. Hündürlük 20 kilometr olduğundan şarlar təyyarələr üçün təhlükə yaratmayacaq.
XS
SM
MD
LG