Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:57

Saatlıda maye qaz doldurma stansiyasında partlayış olub


Foto: Arxiv
Foto: Arxiv
-
İyunun 15-i saat 11:45 radələrində Saatlı şəhəri, Mirzağa Əliyev küçəsində yerləşən maye qaz doldurma məntəqəsində partlayış olub.

Saatlı şəhər sakini Mikayıl Əliyevin AzadlıqRadiosuna dediyinə görə, məntəqədəki yanacaqla dolu 2 böyük çən əvvəlcə yanmağa başlayıb, bunun ardınca isə partlayıb:

«Onlardan biri asfalt örtüklü yola düşüb, o birisi isə Nərimankənd istiqamətində dəmiryolu üzərindəki keçidin üstü ilə uçaraq fərdi evin yaxınlığına düşüb. Evdə heç kəs olmayıb, onun sahibləri hazırda Rusiyada yaşayır. Həmin ev, habelə yanacaqdoldurma məntəqəsindəki 3 avtomobil yanıb».

Hadisə zamanı bir nəfərin ağır yaralandığı bildirilir.

Saatlı polisi partlayış nəticəsində yaxınlıqdakı bir evin yandığını təsdiqləsə də, 1 nəfərin xəsarət alması və üç avtomobilin yanması barədə məlumatları təsdiqləmir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ bəlli deyil. Araşdırmalar aparılır.
XS
SM
MD
LG