Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:09

Həftəsonu Azadlıq meydanına hərəkət məhdudlaşdırılacaq


Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi bildirir ki, 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə keçiriləcək hərbi parada hazırlıq və təlim-məşq işləri ilə əlaqədar 15-16 iyun tarixlərində paytaxtın Azadlıq meydanı istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, paradla əlaqədar göstərilən tarixlərdə səhər saat 06:00-dan 10:00-dək paytaxtın Azaqlıq meydanı istiqamətində Neftçilər prospekti ilə Keykab xanım Səfərəliyeva küçəsi kəsişməsindən Rəşid Behbudov küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.
XS
SM
MD
LG