Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:41

ABŞ səfirinin narkotik maddə tranzitinə münasibəti


ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar Azərbaycanın işğal olunmuş ərazilərində narkotiklərin becərilməsi və tranziti barədə məlumatlara münasibət bildirib. Səfir deyib ki, ABŞ narkotiklərin becərilməsi və tranzitinə qarşıdır:

«Amma biz faktlarla tanış deyilik, buna görə də dəqiq şərh verə bilmərik».

Bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfəri saxlayıb. Saxlanılan şəxslərdən 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürüldüyü bildirilir. Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzinin yaydığı məlumata görə, qanunsuz dövriyyədən çıxarılan həmin narkotik vasitələrin bir hissəsinin əkilməsi, yetişdirilməsi və toplanması Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təşkil edilib. Sonradan həmin narkotik vasitələr İrana, ordan isə Azərbaycana gətirilib.
XS
SM
MD
LG