Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:23

Bakıda Sülh Korpusunun könüllüləri and içib


İyunun 14-də Bakıda Sülh Korpusunun 11-ci könüllülər qrupunun andiçmə mərasimi keçirilib.

Bu il proqram çərçivəsində ABŞ-dan olan 27 könüllü and içib. Onlar ölkənin 21 bölgəsində azərbaycanlı ailələrində yaşayacaq, Azərbaycan xalqının adət-ənənələri ilə tanış olacaq, Azərbaycan dilini öyrənəcəklər.

Tədbirdə ABŞ səfiri Richard Morningstar da çıxış edib. Səfir bu il Azərbaycanda 10 illiyini qeyd etdiyi Sülh Korpusunun fəaliyyətini yüksək dəyərləndirib:

«Sülh Korpusu Azərbaycanda reallaşdırılan ən yaxşı proqramlardan biridir. Bu proqram çərçivəsində könüllülər Azərbaycan haqqında çox şey öyrənirlər. Bu həm də regionlarda yaşayan azərbaycanlılarda amerikalılar barədə təsəvvür formalaşdırmaq üçün gözəl imkandır».

Sülh Korpusu proqramı ABŞ hökuməti tərəfindən 1961-ci ildə təsis olunub. Həmin vaxtdan 210 mindən artıq amerikalı könüllü dünyanın 139 ölkəsində olub.
XS
SM
MD
LG