Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Oktyabr, bazar, Bakı vaxtı 23:37

Türkiyədə etirazlar davam edir


Taksimdə etiraz aksiyası
-
Nümayişçilər hökumətin istefasını, hakimiyyət isə etirazların dayandırılmasını tələb edir.

Hakimiyyət etirazlara səbəb olan İstanbulun Taksim meydanı və Gəzi parkında yenidənqurma işlərinin davam etdirilib-etditilməməsi ilə bağlı referendum keçirilməsini təklif edib. Amma hakim Ədalət və inkişaf partiyasının sözçüsü Huseyin Celik bildirib ki, referendum yalnız İstanbulda keçirilməlidir.

Amma aksiyaçılar parkı tərk etməkdən imtina edir, referendumun normal qərar olmadığını deyirlər.

İstanbulda başlayan etirazlar paytaxt Ankara və digər şəhərlərə də yayılıb.Dünən axşam Ankarada polis nümayişçiləri dağıtmaq üçün yenidən gözyaşardıcı qazdan istifadə edib.

14 gündür ki, Türkiyədə hökumət əleyhinə aksiyalar keçirilir. Əvvəlcə Taksim meydanında ağacların kəsilməsinə etiraz olaraq keçirilən aksiya, az sonra baş nazir Erdogana qarşı yönəldi.

İndiyədək baş verən toqquşmalarda azı 4 nəfərin öldüyü, 5 min nəfərin yaralandığı bildirilir.
XS
SM
MD
LG