Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 16:14

Azərbaycanla Körfəz Ölkələri Əməkdaşlıq Şurası arasında memorandum imzalanıb


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Körfəz Ölkələri Əməkdaşlıq Şurasının baş katibi Əbdül Lətif bin Rəşid Əl-Zəyani və bu quruma üzv ölkələrin səfirlərini qəbul edib.

APA-nın xəbərinə görə, görüşdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub. Görüşün sonunda Azərbaycanla Körfəz Ölkələrinin Əməkdaşlıq Şurası arasında əməkdaşlığın inkişafına dair anlaşma Memorandumu imzalanıb.

Elmar Məmmədyarov sənədin əməkdaşlıq üçün yeni imkanlar açaçağını deyir.
Həmçinin Rəşid Əl-Zəyani memorandumun Azərbaycanla iqtisadi, mədəni , ticarət və investisiya sahələrində əlaqələrin dərinləşməsinə zəmin yaradacağını deyib.
XS
SM
MD
LG