Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:59

2020-ci ildə Azərbaycanın qaz hasilatı 54 milyard kubmetrə çatacaq


«2020-ci ildə Azərbaycanın qaz hasilatı 54 milyard kubmetrə çatacaq».

AzərTAc-ın məlumatına görə, bunu iyun 11-də İran Milli Qaz Şirkətinin rəhbəri Cavad Ovicinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Sənaye və Energetika Nazirinin müavini Natiq Abbasov deyib.

Nazir müavini Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının 2,2 trilyon kubmetr olduğunu bildirib:

«Əgər 2006-cı ildə Azərbaycan ildə 9 milyard kubmetr qaz hasil edirdisə və eyni zamanda daxili tələbatı ödəmək üçün qaz idxal edirdisə, 2010-cu ildən başlayaraq ölkəmiz qaz idxalçısından qaz ixracatçısına çevrilmişdir. Artıq Azərbaycan Rusiya, İran, Türkiyə, Gürcüstan kimi ölkələrə qaz ixrac edir».

Görüş çərçivəsində iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi də müzakirə edilib.
XS
SM
MD
LG