Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:49

Bakı-Naxçıvan reysində gecikmə olub


Azal
Azal
Aramsız yağan yağış və dolu səbəbindən Bakıdan Naxçıvana uçan təyyarə reyslərində gecikmələr yaranıb. Bu haqda AzadlıqRadiosuna Naxçıvandan Bakıya uçmaq istəyən sərnişinlər məlumat veriblər. Sərnişinlərin bildirdiyinə görə, iyunun 10-da üç təyyarə reysi təxirə salınıb.

AZAL-ın mətbuat xidmətindən də Bakı-Naxçıvan reyslərinin hava şəraiti ilə əlaqədar təxirə salındığını təsdiq ediblər.

Dolu ilə müşahidə olunan güclü yağıntılar iyunun 10-u axşam saatlarından Naxçıvana yağmağa başlayıb. Sakinlərin bildirdiyinə görə, yağıntı iyunun 11-də də davam edib.

Yağıntı nəticəsində əkin sahələrinin yararsız hala düşdüyü, bəzi həyətlərin isə su altında qaldığı bildirilir.
XS
SM
MD
LG