Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:04

Ucarda kütləvi zəhərlənmə


Foto: Arxiv
Foto: Arxiv
-
İyunun 9-da Ucar rayonunda bir ailənin səkkiz üzvü pomidordan zəhərlənib. Qida zəhərlənməsi Ucarın Qazyan kəndində qeydə alınıb. Belə ki, şam yeməyində paxla ilə pomidor yeyən kənd sakini 74 yaşlı Ələsgər Əliyevin ailə üzvləri yeməkdən az sonra özlərini narahat hiss ediblər. Ailə səhəri gün dərhal həkimə müraciət edib. Vəziyyətləri ağır olan ailə üzvləri xəstəxanaya yerləşdirilib.

Ailə başçısı Ələsgər Əliyev:

«İyunun 7-də pomidor alıb bazardan evə gətirmişəm. Səhəri gün isə evdə yemək bişirəndə pomidordan istifadə ediblər. Yeməyi yeyəndən sonra vəziyyətimiz ailəliklə pisləşdi və xəstəxanaya müraciət elədik. Yeməkdən yalnız şübhələndiyimiz bazardan aldığım pomidordur. Yəqin ki, dərmanlı olduğundan zəhərlənmişik».

Zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən azyaşlılardan Zeynəb Əliyevanın 6, Fuad Əliyevin 5, Leyla Əliyevanın isə 1 yaşı var. Həkimlərin ilkin tibbi yardımı sayəsində Əliyevlər ailəsinin səhhətini stabil vəziyyətə qaytarmaq mümkün olub. Bir nəfər - Teymur Əliyevin vəziyyəti normallaşdığından, o, artıq evə buraxılıb. Digər yeddi nəfər hələlik stasionar müalicə alır.

Həkim Səidə Ələkbərova zəhərlənənlərin barəsində bunu dedi:

«İki nəfərin vəziyyəti ağır, bir nəfərin vəziyyəti isə kafi kimi qiymətləndirilir. Hazırda müalicə davam etdirilir. Ailənin beş böyük üzvü infeksion şöbədə müalicə alır. Bir nəfər yaxşılaşdığından evə buraxılıb».

Zəhərlənənlərin mədəsindən götürülən qida nümunələri və qan analizi araşdırılmaq üçün müvafiq laboratoriyaya göndərilib.
XS
SM
MD
LG